26 oktyabr 2024. Şənbə

Səbail rəsmiləri Astarada icra başçısı ilə görüşdülər


  • Offside
  • 00:30 18.05.2023
  • Oxunma sayı: 68
Səbail rəsmiləri Astarada icra başçısı ilə görüşdülər
"Səbail” klubunun nümayəndələri Astara rayonuna səfər ediblər. Corner.az xəbər verir ki, səfər çərçivəsində ASCO-nun nümayəndəsi İxtiyar Asyabi və "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşüblər.
 
İcra başçısına “Səbail” PFK və ASCO-nun dəstəyi ilə Astarada görülməsi planlaşdırılan işlər haqqında məlumat verilib. 
 
Nümayəndələr daha sonra rayonun Suparibağ kəndində yerləşən stadiona baş çəkiblər. 
 
Səfərin əsas məqsədi regionlarda uşaq futbolunun inkişaf etdirilməsi və uşaqların müasir standartlara cavab verən stadionlarda hazırlıq keçməsinə dəstək olmaqdır. 
 
Suparibağ kəndində məşqlərin davamlı olaraq keçirilməsi üçün ASCO və “Səbail” PFK tərəfindən kənd stadionu lazımi inventarlarla təmin edilib və məşqçi heyəti fəaliyyətə başlayıb.






Offside