- Offside
- 22:48 26.11.2024
Ukrayna
millisinin yeni baş məşqçisi Sergey Rebrov olacaq.
Corner.az
xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə
vasitəsilə paylaşım edib.
Onun
sözlərinə görə, 49 yaşlı mütəxəssis Ukrayna Futbol Assosiasiyası ilə ilkin
müqavilə imzalayıb. Rebrov hazırda sükanı arxasında olduğu Birləşmiş Ərəb
Əmirliklərinin “Əl-Ayn” klubu ilə iyunun sonuna qədər olan sözləşməsini yeniləməmək
qərarına gəlib.
Assosiasiyanın
tezliklə yeni baş məşqçi ilə 3 illik müqavilə imzalandığını açıqlaması gözlənilir.
Rebrov bu postda debütünü iyunun 12-də Almaniya ilə keçiriləcək yoldaşlıq
görüşündə edəcək.
Qeyd
edək ki, Sergey Rebrov futbolçu karyerasında 1992-2006-cı illərdə Ukrayna
yığmasının formasını geyinib. O, 2021-ci ilin yayından “Əl-Ayn”a rəhbərlik
edir.