- Offside
- 22:48 26.11.2024
Corner.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının
(ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərlə görüşdə bir sıra fikirlər səsləndirib:
“Federasiya olaraq dünya çempionatındakı nəticəni uğursuz
hesab edirik. Bu, bizi qane edə bilməz”.
O, komandanın potensialının yüksək olduğunu söyləyib:
“Uğursuzluğun səbəbləri çox önəmlidir. Bəzən müxtəlif fikirlər səsləndirilir, bəlkə
həmin görüşlərə belə baxmayıblar”.
Baş katib qadın idmançılara da maksimum diqqət ayırdıqlarını
vurğulayıb: “Kişilərə yaradılan şərait onlar üçün də təmin edilir. Onlardan
ikisi yarışda debüt edirdi. Biz qadınlardan medal gözləmirdik, indiki
çıxışlarını qənaətbəxş hesab edirik. Sonadək döyüşürlər və mübarizə aparırlar.
Əminik ki, qadınlardan ibarət yığma nəticələrini daha da artıracaq”.
Qeyd edək ki, Qətərin paytaxtı Dohada keçirilən dünya
çempionatına 13 cüdoçu ilə yollanan Azərbaycan millisi Vətənə cəmi bir bürünc
medalla qayıdıb. 100 kq-da çıxış edən Zelim Kotsoyev mundialda üçüncü yeri
tutub.