- Offside
- 22:48 26.11.2024
Portuqaliyanın
məşhur klubları “Benfika”, “Sportinq” və “Portu” futbolçuların transferlərində
vergi saxtakarlığı və çirkli pulların yuyulmasında şübhəli bilinirlər.
Corner.az
xəbər verir ki, vergi orqanları bu məqsədlə adıçəkilən klubların stadionlarında
axtarışlar aparıb.
“Benfika”da
yarımmüdafiəçi Qonçalo Qedeşin Fransa təmsilçisi PSJ-yə keçidi, eyni zamanda,
2015-2020-ci illər aralığındakı digər transferlər şübhə altındadır. “Portu” və
“Sportinq”lə bağlı da bir sıra şübhəli məqamlar var. Bu məqsədlə “Portu”nun
prezidentinin, həmçinin, onun oğlunun evində axtarışlar aparılıb.
Hazırda
47 nəfər prosesdə təqsirləndirilir. Ümumilikdə 58 milyon avro sui-istifadə
edilib.