- Offside
- 21:38 12.10.2024
"Karyeramı
başa vurmamışam. Yayılan xəbərlər doğru deyil".
Corner.az
xəbər verir ki, Azərbaycan cüdoçusu Rüstəm Orucov idmanla vidalaşması barədə
çıxan iddialara münasibət bildirərkən deyib.
Rio-2016
Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı karyerasını davam etdirəcəyini söyləyib:
"Özümdə bu gücü hiss edirəm. Avropa Cüdo Birliyinin Atletlər Komissiyasına
üzv seçilməyim idmanla məşğul olmağıma mane olmur. Hazırda Lukaş Krpalek də həm
güləşir, həm də beynəlxalq federasiyada çalışır".
Avropa
çempionu Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək aruzusunda olduğunu
bildirib: "Hansı idmançı olimpiadada mübarizə aparmaq istəməz?! Təbii ki,
bunun üçün reytinq xalları lazımdır. İlk yarışımın hansı olacağını dəqiq bilmirəm.
Hər şeyi zaman göstərəcək".
Rüstəm
Orucov bundan sonra da 81 kq çəki dərəcəsində güləşəcəyini vurğulayıb. (report)