27 mart 2026. Cümə

Leaonun müqaviləsi nə vaxt açıqlanacaq?


  • Offside
  • 18:06 18.05.2023
  • Oxunma sayı: 98
Leaonun müqaviləsi nə vaxt açıqlanacaq?

“Milan”ın hücumçusu Rafael Leaonun taleyi bəlli olub.

 

Corner.az xəbər verir ki, Portuqaliya millisinin üzvü karyerasını hazırkı komandasında davam etdirəcək.

 

İtaliya təmsilçisi forvardı ilə müqavilənin uzadılmasını gələn həftə açıqlayacaq. Razılığa əsasən, yeni sözləşmə 2028-ci ilə qədər olacaq. Leaonun illik maaşı isə bonuslar nəzərə alınmadan 5 milyon avro təşkil edəcək.

 

Qeyd edək ki, Rafael Leao bu mövsüm A seriyasında 32 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə verib.







Offside