17 dekabr 2025. Çərşənbə

Milli komandaların oyununda kütləvi DAVA


  • Offside
  • 19:29 18.05.2023
  • Oxunma sayı: 88
Milli komandaların oyununda kütləvi DAVA

22 yaşadək futbolçulardan ibarət milli komandaların oyununda kütləvi dava olub.

 

Corner.az xəbər verir ki, hadisə Cənub-Şərqi Asiya Oyunlarının finalı çərçivəsində İndoneziya – Tailand görüşündə baş verib.

 90 dəqiqə 2:2 hesabı ilə yekunlaşdığından, əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə indoneziyalıların hesabda önə keçməsi ilə ara qarışıb. Nəticədə futbolçular və klub rəsmiləri meydançaya axın edərək bir-birilərini yumruqlamağa başlayıblar. Polislər və stadion əməkdaşları onları çətinliklə sakitləşdiriblər.

 İnsident yekunlaşdıqdan sonra baş hakim hər iki komandanın bir neçə üzvünə qırmızı vərəqə gpstərib.

 Qalan dəqiqələrdə daha iki qol vuraraq 5:2 hesablı qələbə qazanan İndoneziya seçməsi turnirin qalibi olub.







Offside