26 oktyabr 2024. Şənbə

Futbolçularımızın komandası evdə XAL İTİRDİ


  • Offside
  • 23:00 18.05.2023
  • Oxunma sayı: 55
Futbolçularımızın komandası evdə XAL İTİRDİ
Latviya çempionatında 13-cü turun oyunları keçirilib.

 Corner.az xəbər verir ki, azərbaycanlı futbolçular Ramin Nəsirli və Nazim Həsənzadənin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Metta”nı qəbul edib. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Nazim bu oyunun iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də salınmayıb. Ramin isə start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.
 
Müqavilə ilə müvafiq olaraq “Neftçi” və “Turan Tovuz”a məxsus olan Raminlə Nazim “Dauqavpils”də icarə əsasında forma geyinirlər.
 
Futbolçularımızın komandası hazırda 10 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.






Offside