17 dekabr 2025. Çərşənbə

İspaniyada tapılan dinozavr qalığına komanda adı verildi


  • Offside
  • 00:04 19.05.2023
  • Oxunma sayı: 108
İspaniyada tapılan dinozavr qalığına komanda adı verildi

İspaniyanın Kastelyon əyalətinin Sintorres şəhərində tədqiqatçılar qrupu əvvəllər məlum olmayan dinozavr növünün qalıqlarını aşkar ediblər.

Corner.az xəbər verir ki, təqribən 11 metr uzunluğunda, 3 metr hündürlüyündə, uzun burnu və çoxlu konusvari dişi olan heyvana "Vilyarreal" komandasının adı verilib.

Dinozavrın qalıqları La Liqa klubunun təmsil etdiyi əyalətdə tapıldığı üçün onu komandanın 2021-ci ildə Avropa Liqasında qazandığı qələbənin şərəfinə bu cür adlandırıblar.

Qeyd edək ki, "Vilyarreal" finalda İngiltərə "Mançester Yunayted"ini məğlub edərək turnirin qalibi olub.







Offside