26 oktyabr 2024. Şənbə

DÇ-2026-nın rəsmi şüarı açıqlandı


  • Offside
  • 11:44 19.05.2023
  • Oxunma sayı: 82
DÇ-2026-nın rəsmi şüarı açıqlandı

FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının rəsmi şüarını açıqlayıb.


Corner.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytında məlumat yayılıb. Şüarın adı "Biz 26-yıq" olub. FİFA prezidenti Canni İnfantino deyib:

“Biz 26-yıq. Bu, döyüş hayqırtısıdır. Üç ölkə və bütün qitələr bəyan edir ki, "biz birlikdə bütün dünyanı yarışa dəvət edirik. Tarixin ən böyük, ən yaxşı və ən əhatəli Dünya Kubokunu keçirməyə hazırıq”.  DÇ-2026 hər bir ev sahibi olan ölkəyə və hər bir iştirakçıya dünya çempionatlarının tarixinə öz səhifəsini yazmağa imkan verəcək. Bu unikal brend 2026-cı ilə doğru böyük addımdır".

 

Xatırladaq ki, DÇ-2026-ya ilk dəfə olaraq üç ölkə (ABŞ, Meksika və Kanada) ev sahibliyi edəcək. Yarış 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində keçiriləcək. Bundan başqa turnirinə ilk dəfə olaraq 48 komanda qatılacaq. Daha əvvəl DÇ-lərin final mərhələlərində 32 komanda oynayıb.

 







Offside