- Offside
- 22:48 26.11.2024
Şərhçi Roman Naquçevin teleqram
kanalında dərc etdiyi məlumata görə, Kiprin “Aris” klubunun baş məşqçisi
Aleksey Şpilevski Moskva “Dinamo”sunun yeni məşqçisi ola bilər.
Corner.az Rusiya mediasına istinadən
xəbər verir ki, "Dinamo"nun rəhbərliyi gələcək planlarını öyrənmək
üçün artıq Şpilevskiyə müraciət edib. Hələ bir neçə il əvvəldən “Dinamo”nun
belaruslu məşqçiyə marağı yaranmışdı.
Qeyd edək ki, 35 yaşlı məşqçi Aleksey
Şpilevski 2022-ci ilin fevralından "Aris"i çalışdırır. O, heç vaxt
Rusiyada işləməyib və Rusiya klublarında oynamayıb.
Bundan əvvəl "Dinamo"nun baş məşqçisi Slavişa Yokanoviç istefaya göndərilib, Pavel Alpatov isə cari mövsümün sonuna kimi baş məşqçi vəzifəsinə təyin edilib.