20-21 mayda Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turniri keçiriləcək.
Corner.az xəbər verir ki, 25 ölkədən 313 idmançının qatılacağı turnirdə Azərbaycan 13 nəfərdən ibarət heyətlə təmsil olunur.
Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizov rəhbərlik edəcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
-60 kq
Rövsən Əliyev
-66 kq
Tofiq Əliyev
Ruslan Paşayev
Kamran Süleymanov
-73 kq
İbrahim Əliyev
Telman Vəliyev
-81 kq
Kərim Allahverdiyev
Məhərrəm İmamverdiyev
-90 kq
İbrahim Ağakişiyev
Musa Hüseynli
-100 kq
Aslan Mirzəyev
Adil Kərimli
Ruslan Nəsirli