26 oktyabr 2024. Şənbə

Bu mövsüm trebl edə bilən “Mançester Siti” 2.3 milyon qazanacaq


  • Offside
  • 22:52 19.05.2023
  • Oxunma sayı: 78
Bu mövsüm trebl edə bilən “Mançester Siti” 2.3 milyon qazanacaq
“Mançester Siti” bu mövsüm trebl edəcəyi halda, əsas heyət futbolçuları 2 milyon funt-sterlinqdən çox (2.3 milyon avro) qazanc əldə edəcəklər.

Corner.az xəbər verir ki,“şəhərlilər” Çempionlar Liqasını qazansa, futbolçular 1 milyon funt-sterlinq, İngiltərə çempionatının qalibi olsalar, 750 min funt-sterlinq, Federasiya kubokunda birinci yerə çıxsalar, 300 min funt-sterlinq qazanacaqlar.
 
Qeyd olunan məbləğlər ədalətli şəkildə bölüşdürüləcək. Heyətdə yer alan gənc futbolçular, eyni zamanda, daha az oyun şansı qazanan oyunçular az miqdarda məbləğlə mükafatlandırılacaqlar.
 
“Mançester Siti” ölkə çempionatının 37-ci turunda “Çelsi”ni məğlub etsə və ya “Arsenal” səfərdə “Nottingem Forest”ə uduzsa, Pep Qvardiolanın komandası Premyer Liqanın qalibi olacaq.
 
“Şəhərlilər” iyunun 3-də İngiltərə Federasiya kubokunun finalında “Mançester Yunayted”lə üz-üzə gələcək.
 
Qvardiolanın yetirmələri iyunun 10-da isə Çempionlar Liqasının finalında “İnter”lə çempionluq uğrunda mübarizə aparacaq.






Offside