- Offside
- 21:38 12.10.2024
Türkiyənin "Beşiktaş" və "Fənərbaxça" komandalarının sabiq baş məşqçisi Kristof Daum reanimasiyaya yerləşdirilib.
Corner.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, onkoloji xəstəlikdən əziyyət çəkən 70 yaşlı mütəxəssis ABŞ-ın Nyu-York şəhərindəki xəstəxanalardan birində intensiv müalicə alır.
Bildirək ki, ötən ilin yayında almaniyalı mütəxəssisə ağciyər xərçəngi diaqnozu qoyulmuşdu.
Əlavə edək ki, Kristof Daum 1994-1996 və 2001-2002-ci illərdə "Beşiktaş"ın, 2003-2006 və 2009-2010-cu illərdə isə "Fənərbaxça"nın sükanı arxasında olub.