14 dekabr 2025. Bazar günü

Basketbol Liqasında final seriyası başlayır


  • Offside
  • 10:56 20.05.2023
  • Oxunma sayı: 111
Basketbol Liqasında final seriyası başlayır

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasına start veriləcək.

Corner.az xəbər verir ki, həlledici oyunda "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcəklər.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək ilk final matçı saat 19:30-da başlayacaq.

Seriyanın növbəti görüşləri mayın 22-si, və 24-də gerçəkləşəcək. Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Qeyd edək ki, çempionatın bürünc medallarına "AAAF Xırdalan"ı məğlub edən NTD komandası sahib çıxıb.







Offside