- Offside
- 22:39 26.03.2026
Braziliyalı əsanəvi futbolçu Pelenin dəfn edildiyi, Santos şəhərindəki "Memorial Necropole Ecumenica" məzarlığının birinci mərtəbəsi ziyarətçilərin üzünə açılıb.
Corner.az
xəbər verir ki, 14 mərtəbəli məzarlığın ilk mərtəbəsində keçmiş hücumçunun məqbərəsi,
həmçinin onun futbolçu karyerası zamanında çıxış etdiyi "Santos"un,
Braziliya millisinin və "Nyu York Kosmos"un formaları yer alır.
Pelenin
oğlu Edinyo atasının məzarlığının ziyarətə açılması haqda danışıb: "Hələ də
çox məyusuq. Onun üçün çox darıxırıq. Ancaq atama qarşı sevgi və hörməti görəndə
qürur duyuruq".
Qeyd edək ki, Pele 2022-ci ildə, 82 yaşında dünyasını dəyişib.