17 dekabr 2025. Çərşənbə

Braziliyalı taekvondoçu: "Əsas hədəfim Azərbaycanda qızıl medal qazanmaqdır"


  • Offside
  • 13:08 20.05.2023
  • Oxunma sayı: 98
Braziliyalı taekvondoçu: "Əsas hədəfim Azərbaycanda qızıl medal qazanmaqdır"

"Əsas məqsədim Azərbaycanda qızıl medal qazanmaqdır".

 

Corner.az xəbər verir ki, bunu braziliyalı taekvondoçu Larisa Rossi Bakıda keçiriləcək dünya çempionatındakı hədəfləri barədə danışarkən deyib.

 

53 kq-da çıxış edən 23 yaşlı idmançı bildirib ki, mundialda birinci yeri tutmaqla arzusunu həyata keçirmək istəyir: "Döyüşçü kimi ən güclü tərəfim zehnimdir. Dayanq üzərinə çıxanda çox aqressiv olur, ən yaxşı döyüşümü göstərmək istəyirəm. Rəqiblərimə böyük hesabla qalib gəlməyi xoşlayıram".

 

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək təşkil olunacaq.







Offside