- Offside
- 13:41 17.12.2025
Mayın
19-da Azərbaycan Voleybol Federasiyasının idman zalında 15 yaşadək qızlar
arasında hazırlıq turnirinə start verilib.
Corner.az
xəbər verir ki, yarışda Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 13
("Aura", "Azərreyl-2", "İlkin",
"İOGİM-1", "Sumqayıt", "Abşeron-2",
"Murov", "SOİK", "Ryuqa", "Xarı
bülbül", "Azərreyl-1", "Dinamo", "İOGİM-2")
komanda mübarizə aparır.
3 gün
davam edəcək hazırlıq turniri olimpiya sistemi ilə keçirilir.
Qeyd edək
ki, yarışın keçirilməsində məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi
və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.
Belə
yarışların bölgələrdə də keçirilməsi nəzərdə tutulur.