- Offside
- 13:41 17.12.2025
Bu gün
Dünya Qadın Seriyasının Astara mərhələsində qrup oyunları start götürüb.
Corner.az
xəbər verir ki, turnirin açılış oyununda Azərbaycan Respublikası Gənclər və
İdman Naziri Fərid Qayıbov və Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin
Əmrullayev iştirak ediblər.
Açılış
oyunu Almaniya və Ukrayna milliləri arasında baş tutub. Bu görüşdə Ukrayna
kollektivi 15:14 hesablı qələbə qazanıb.
B qrupunda isə favorit Çin millisi Avstriya komandasına 13:14 hesabı ilə məğlub olub. C qrupunda ilk oyununu keçirən qadın milli komandamız isə Polşa seçməsi ilə oyundan 7:22 hesablı məğlubiyyətlə ayrılıb.
D qrupunda qərarlaşan
"Neftçi" komandası da Rumıniya millisinə qarşı gərgin oyunun
yekununda meydançadan 15:12 hesabı ilə qalib ayrılıb.