27 mart 2026. Cümə

Nağıyevin komandası yenə məğlub oldu


  • Offside
  • 18:09 20.05.2023
  • Oxunma sayı: 104
Nağıyevin komandası yenə məğlub oldu
Futbol üzrə Ukrayna Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb. Sözügedən kollektiv “Zarya”nın qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. “İnqulets” hazırda 27 xalla 16 kollektiv arasında 12-ci sırada qərarlaşıb.






Offside