26 oktyabr 2024. Şənbə

Sabah basketbolçuları super seriyaya qələbə ilə başlayıblar


  • Offside
  • 21:23 20.05.2023
  • Oxunma sayı: 71
Sabah basketbolçuları super seriyaya qələbə ilə başlayıblar
20 may "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının ilk oyunu baş tutub.

Corner.az xəbər verir ki, oyuna üstün başlayan "Gəncə" basketbolçuları bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyiblər və ikinci hissədə geri dönüş edən paytaxt klubu "Sabah" yekunda 71-69 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Sabah"  seriyadakı hesabda 1-0 önə keçib.

Final seriyasının ikinci oyunu 22 may saat 19:30-da baş tutacaq. Ən məhsuldar basketbolçular:  "Sabah BK" ( Entoni Patti - 12 xal, 12 ribaund), "Gəncə BK" ( Kollin Törner - 17 xal, 11 asist)






Offside