26 oktyabr 2024. Şənbə

15 yaşadək qızlar arasında keçirilən turnir başa çatdı


  • Offside
  • 19:20 21.05.2023
  • Oxunma sayı: 70
15 yaşadək qızlar arasında keçirilən turnir başa çatdı
Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilən 15 yaşadək qızlar arasında hazırlıq turniri bu gün başa çatıb.

 Corner.az xəbər verir ki, mayın 19-da start götürən yarışda Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən 13 komanda (“Aura", "Azərreyl-2", "İlkin", İOEUGİM-1, "Sumqayıt", "Abşeron-2", "Murov", "SOİK", "Ryuqa", "Xarı bülbül", "Azərreyl-1", "Dinamo", İOEUGİM-2) mübarizə aparıb.

Hazırlıq turnirinin final matçında “Azərreyl-2” və İOEUGİM-2 komandaları qarşılaşıblar. Keçirdiyi bütün matçlarda rəqiblərindən üstün olan “Azərreyl-2” həlledici görüşdə də səhvsiz oynayaraq 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yarış olimpiya sistemi ilə keçirilib. Bu oyunların təşkilində məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.
 
Belə yarışların bölgələrdə də keçirilməsi nəzərdə tutulur.






Offside