31 yanvar 2026. Şənbə

Gimnastlarımızdan Minskdə üçüncü medal


  • Offside
  • 22:13 23.06.2019
  • Oxunma sayı: 683
Gimnastlarımızdan Minskdə üçüncü medal

"Minsk 2019"un üçüncü günündə akrobatika gimnastlarımız ikinci Avropa Oyunlarında üçüncü medallarını qazanıblar.

Corner.az-ın məlumatına görə, akrobatika gimnastikası yarışındakı təmsilçilərimiz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında 29,540 xal toplayaraq oyunların gümüş medalına sahib olub.

Rusiyanı təmsil edən Viktoriya Aksenova - Kiril Startsev dueti 29,580 xalla ikinci Avropa Oyunlarının çempionu olub. Bürünc medala 29,420 xal toplayan Volna Melnik - Artur Belakurov cütlüyü (Belarus) layiq görülüb.

Xatırladaq ki, bu, Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxinin "Minsk 2019"da üçüncü medallarıdır. İdmançılarımız ötən gün bir gümüş və bir bürünc medal qazanıblar.







Offside