- Offside
- 23:32 05.12.2023
FIFA əcnəbi
futbolçuların Rusiya klubları ilə müqavilələrini dayandırmaq icazəsinin müddətini
uzadıb.
Corner.az
xarici KİV-ə istinadən xəbər verir ki, ali futbol qurumu yaxın vaxtlarda bu qərarı
açıqlayacaq.
Əcnəbilərin
Premyer Liqa təmsilçiləri ilə sözləşməni dondurmaq imkanı ən azı 2024-cü ilin
yayınadək uzadılacaq. Ancaq bu qərar 2022-ci ilin yayından etibarən Rusiyaya
köçənlərə şamil edilməyəcək.
Bu isə
Rusiya komandalarının 2023/2024 mövsümündə də avrokuboklara buraxılmayacaqları
anlamına gəlir.
Qeyd edək
ki, Ukraynaya hərbi hücum səbəbindən FIFA əcnəbi futbolçulara Rusiya klubları
ilə müqavilələri dayandırmaq icazəsi verib. Bu üzdən bir sıra legionerlər
Premyer Liqa təmsilçilərini tərk ediblər.