- Offside
- 22:39 26.03.2026
"Mercedes"də
çıxış edən "Formula 1" üzrə yeddiqat dünya çempionu Lüis Hemilton
karyerasını "Ferrari"də davam etdirə bilər.
Corner.az xəbər
verir ki, İtaliya təmsilçisi 38 yaşlı pilota 40 milyon funt-sterlinq dəyərində
müqavilə təklif etməyə hazırdır.
Bildirilib
ki, təcrübəli sürücü ilə sözləşmə imzalansa, "Ferrari" Karlos Saynsı
deyil, Şarls Lekleri saxlamağa çalışacaq.
Digər
mümkün variant isə Leklerin "Mercedes"ə, Hemiltonun isə
"Skuderiya"ya keçməsidir.
Komandanın
prezidenti Con Elkann Lüis Hemiltonun transferində maraqlıdır.
Qeyd edək
ki, Lüis Hemilton 2008, 2014, 2015, 2017, 2018, 2019 və 2020-ci illərdə dünya
çempionu olub.
Bizim Tele