- Offside
- 22:39 26.03.2026
"Dünya
çempionatının başlamasına bir həftə qalıb. Bakıda nələrin olacağı ilə bağlı
böyük həyəcan var".
Corner.az
xəbər verir ki, bunu Dünya Taekvondo Federasiyasının prezidenti Çu Çunq-Von Azərbaycanda
təşkil olunacaq yarışla bağlı danışarkən deyib.
76 yaşlı
funksioner mundialların Yay Olimpiya Oyunlarından sonra əsas turnirləri
olduğunu bildirib: "Builki tədbir 50 illik yubileyimizə təsadüf etməsi ilə
daha da özəlləşib. Bakıda 150-yə yaxın ölkənin idmançısı və qaçqınlar komandası
mübarizə aparacaq. Bu, təkcə elit taekvondonun ən yaxşılarının çıxış etdiyi
yarış deyil. Həm də idmanımızın qloballığını və inklüzivliyini nümayiş etdirən
tədbir olacaq”.
Qeyd edək
ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək təşkil olunacaq.