- Offside
- 22:39 26.03.2026
Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək
Taekvondo üzrə Dünya Çempionatının başlamasına 7 gün qalıb.
Corner.az xəbər verir ki, bir çox beynəlxalq idman yarışına yüksək səviyyədə
ev sahibliyi edən ölkəmiz, bu dəfəki çempionatın əlamətdarlığı ilə də fərqlənəcək.
Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50
illiyinə təsadüf edəcəyindən yubiley tədbiri şəhərimizdə qeyd olunacaq. Dünya
çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda baş
tutacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya,
Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci
kimi tarixə düşəcək.
Yarışlarda dünyanın ən güclü taekvondoçuları 16 çəki
dərəcəsində mübarizə aparacaq. Dünya çempionu olacaq taekvondoçu aktivinə 140
reytinq xalı əlavə edəcək. 2 minədək qonağın gəlməsi gözlənilən yarışa 145 ölkədən
1000-ə qədər idmançı qeydiyyatdan keçib. Çempionat münasibətilə xüsusi ziyafətin
təşkil olunması nəzərdə tutulub. 7 gün çəkəcək yarış Bakı Kristal Zalında baş tutacaq.