Beynəlxalq Real Aykido Federasiyasının təşəbbüsü ilə Bakıda real aykido özünümüdafiə sənəti üzrə 9-cu beynəlxalq seminarı keçirilib.
Corner.az xəbər verir ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbirdə fəxri qonaq qismində dövlət rəsmiləri, federasiya rəhbərləri, incəsənət xadimləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Bədii açılışdan sonra fəxri qonaqlar idmançılara uğurlar arzu edərək onlara öz tövsiyələrini veriblər.