27 noyabr 2024. Çərşənbə

Mikayılzadə “Tour of Albania” yarışında 6-cı oldu


  • Offside
  • 00:08 23.05.2023
  • Oxunma sayı: 83
Mikayılzadə “Tour of Albania” yarışında 6-cı oldu

Mayın 22-də Albaniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışına start verilib.


Corner.az xəbər verir ki, şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilən 5 mərhələli veloturun ilk mərhələsində velosipedçilər Tirane - Dushk - Kerrabe marşrutu üzrə 142.3 km məsafə qət ediblər.


Yarışda 10 ölkədən 13 komandanın tərkibində ümumilikdə 79 idmançı medallar uğrunda mübarizə aparıblar.


Veloturda iştirak edən Azərbaycanın kişilərdən ibarət Elit/U23 milli yığma komandası mərhələni uğurla başa vurub. Millimizin üzvlərindən Musa Mikayılzadə yarışda əmzkarlıq göstərərək 3 saat 21 dəqiqə 15 saniyə nəticə ilə 6-cı yerə layiq görülüb.


Digər velosipedçilərimizdən Samir Cəbrayılov (03:22:35) 12-ci, Kamran Mirzəxanov (03:27:25) 35-ci, Şahin Eyvazov (03:27:27) 37-ci, Nəcəf Bağırov (03:31:13) isə 43-cü yerdə qərarlaşıblar.


S.Cəbrayılov marşrutun 38,5-ci km-də təyin olunmuş sprint ara finişində 1-ci olub və aktivinə 5 xal yazdırıb.


Mərhələnin qalibi 3 saat 20 dəqiqə 5 saniyə nəticə ilə Böyük Britaniyanın “Velo Schils Interbike Racing Team” komandasının üzvü Maksimilian Stedman olub.


Qeyd edək ki, yarışda Azərbaycan, Türkiyə, Albaniya, Yunanıstan, Kosovo, Serbiya, Rumıniya, Belçika, Makedoniya və Böyük Britaniyanı təmsil edən komandalar iştirak ediblər.


Veloturun sonuncu mərhələsi mayın 26-da baş tutacaq.







Offside