Niderland Erediviziyasına sonuncu vəsiqə uğrunda pley-off-a start verilib.
Corner.az xəbər verir ki, ilk oyunda Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” “Almere Siti” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
"Eyndhoven" - "Almere Siti" - 1:0
Qol: Dorenboş, 76
O.C.Kökçü sözügedən görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı mayın 26-da keçiləcək. İki oyunun nəticəsinə əsasən qalib olacaq komanda növbəti mərhələdə “Venlo” - “Villem II” cütünün güclüsü ilə qarşılaşacaq.