- Offside
- 22:48 26.11.2024
Təbii ki, oyunun başlamasına 10 dəqiqə qalmış hökmün verilməsi qəribədir. Amma bu, bizim psixoloji çöküşümüzə haqq qazandırmır. İndi biz ancaq susub məğlubiyyəti qəbul edə bilərik. Matçdan əvvəl 69 xalımız var idi, ikinci idik, bu hamıya aydın olmalıdır. Hətta 10 xal silindikdən sonra belə "Empoli"yə qalib gəlsəydik, bu, bizə "Milan"la Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparmaq şansı verərdi. Təəssüf ki, işlər başqa cür oldu.
Bu dəqiqə “Yuventus”u tərk etməyim qorxaqlıq olardı. Bir şeyi qeyd etmək istəyirəm: “Yuventus” turnir cədvəlində ikinci yerdə idi, meydanda da buna layiq idik. İstənilən nəticəni qəbul edəcəyik, amma ümid edirəm ki, hər şey birdəfəlik həll olunacaq. Davamlı olaraq yeni məlumat almaqdansa, qoy "Yuventus"a nə etmək istədiklərinə qərar versinlər, bizə desinlər və məsələni bağlasınlar. İndi baş verənlər öz işini görənlərə, futbolçulara, məşqçilərə hörmətsizlikdir".
Qeyd edək ki, İtaliyanın Federal Apellyasiya Məhkəməsi maliyyə fırıldağına görə "Yuventus"un A seriyasında 10 xalının silinməsinə qərar verib. Beləliklə, xalı 69-dan 59-a düşən Turin klubu A seriyasının turnir cədvəlində 2-ci pillədən 7-ci yerə enib.