27 noyabr 2024. Çərşənbə

27-ci kuboku kim qazanacaq?


  • Offside
  • 13:13 23.05.2023
  • Oxunma sayı: 129
27-ci kuboku kim qazanacaq?
Mayın 24-də futzal üzrə Azərbaycan kubokunda 2022/2023-cü il mövsümünə yekun vurulub.
 
Corner.az xəbər verir ki, qalib adı uğrunda Yüksək Liqanın gümüş və bürünc medalçıları - “Neftçi” İK və “Baku Fire” komandaları qarşılaşacaq.
 
Ümumilikdə indiyə qədər 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.
 
Digər kubok sahiblərindən EKOL 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 və “Marafon Futsal” 2017/18 mövsümündə kuboku qazanıb. Ölkə kubokunun 2019/20-ci il mövsümün koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə analoji səbəbdən ümumiyyətlə keçirilməyib.  
 
Azərbaycan kubokunu
 
1994/95      “Neftçi”
 
1995/96      “Neftçi”
 
1996/97      “Avtomobilçi”
 
1997/98      “Avtomobilçi”
 
1998/99      “Nabspor”
 
1999/00      “Azərneftyanacaq”
 
2000/01      “Azərneftyanacaq”
 
2001/02      “Gömrükçü”
 
2002/03      “Gömrükçü”
 
2003/04      “Turan” AİR
 
2004/05      “Araz”
 
2005/06      “Araz”
 
2006/07      “Araz”
 
2007/08      “Araz”
 
2008/09      “Araz”
 
2009/10      “Neftçi” İSM
 
2010/11      EKOL
 
2011/12      EKOL
 
2012/13      “Neftçi” İSM
 
2013/14      “Neftçi” İSM
 
2014/15      “Fener” FK
 
2015/16      EKOL
 
2016/17      “Neftçi” İK
 
2017/18      “Marafon Futsal”
 
2018/19       EKOL
 
2019/20      Yarış başa çatdırılmayıb
 
2020/21      Pandemiya ilə əlaqədar keçirilməyib
 
2021/22        “Neftçi” İK






Offside