27 noyabr 2024. Çərşənbə

Millinin baş məşqçisi: “Harçeqani karyerasını bitirmək istədiyini dedi”


  • Offside
  • 17:26 23.05.2023
  • Oxunma sayı: 110
Millinin baş məşqçisi: “Harçeqani karyerasını bitirmək istədiyini dedi”
“Harçeqaniyə dəvət göndərmişdim. Ancaq özü karyerasını bitirmək istədiyini dedi”.

Corner.az Report.az-a istinadən bildirir ki, taekvondo üzrə Azərbaycan millisinin baş məşqçisi Reza Mehmandost İran əsilli idmançı Milad Beiqi Harçeqaninin (80 kq) komandadan kənarda qalması ilə bağlı danışarkən deyib.

O, olimpiada mükafatçısı, dünya və Avropa çempionu olan Harçeqaninin, həmçinin, olimpiya çempionu Radik İsayevin (+87 kq) karyerasını bitirdiyini söyləyib: “Radik iki olimpiadaya qatılıb, dünya və Avropa çempionluqları var. O da artıq yaşının çox olduğunu, bundan sonra vaxtını ailəsinə, övladlarına ayırmaq istədiyini bildirdi”.

Mehmandost aparıcı taekvondoçuların yoxluğunun 29 may – 6 iyun tarixlərində Azərbaycanda təşkil ediləcək dünya çempionatında təsirsiz ötüşməyəcəyini düşünür: “Onların yoxluğunun təsiri olacaq. Ancaq yaş da öz sözünü deyirdi. Üstəlik, zədələr səbəbindən ağrıları var idi. Radiklə Milad illərdir çox yarışlarda iştirak etdilər, həm yorğunluq, həm sağlamlıqla bağlı problem yaşadılar. Fiziki cəhətdən bu qrafikə çatdırmaq asan deyil. Artıq gənclərə şans verməyin vaxtıdır. Onlar yavaş-yavaş təcrübə toplayaraq, daha yaxşı olacaqlar”.

Baş məşqçinin sözlərinə görə, bundan sonra milliyə 58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov liderlik edəcək.

Reza Mehmandostun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.






Offside