- Offside
- 21:38 12.10.2024
Belarus millisinin Avro-2024-ün seçmə mərhələsində İsrail və Kosovo yığmaları ilə keçiriləcək oyunlar üçün genişləndirilmiş heyəti açıqlanıb.
Corner.az yerli mediaya istinadən xəbər verir ki, baş məşqçi Georgi Kondratyev ölkəmizin klublarından da iki oyunçuya dəvət göndərib.
Bunlar "Kəpəz"in müdafiəçisi Yeqor Xvalko və "Neftçi"nin hücumçusu Yeqor Boqomolskidir. Qeyd edək ki, onlar 33 nəfərlik siyahıda yer alıblar. 23 oyunçudan ibarət yekun heyət isə millinin toplanışı ərəfəsində açıqlanacaq.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi hücumuna dəstək verən Belarusun milli komandası UEFA-nın qərarına əsasən ev oyunlarını neytral ərazidə keçirir. İsrail və Kosovo yığmalarına qarşı oyunlar müvafiq olaraq iyunun 16-da və 19-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.