27 mart 2026. Cümə

"Arsenal" Bukayo Sakanın müqaviləsini 4 il uzatdı


  • Offside
  • 20:35 23.05.2023
  • Oxunma sayı: 142
"Arsenal" Bukayo Sakanın müqaviləsini 4 il uzatdı
London “Arsenal”ın hücumameyilli yarımmüdafiəçisi Bukayo Sakanın müqaviləsinin müddətini uzadıb.
 
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. Beləki, 21 yaşlı vingerin yeni sözləşməsi 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
 
Qeyd edək ki, “Arsenal”ın öz yetirməsi olan Saka indiyə qədər “topçular”ın heyətində 178 oyuna çıxıb, 37 qol və 40 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərə millisində də 26 oyuna 8 qol vurub.






Offside