27 mart 2026. Cümə

Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu


  • Offside
  • 10:11 24.05.2023
  • Oxunma sayı: 172
Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu
Azərbaycan Basketbol Liqasında bu gün final seriyasının üçüncü oyunu keçiriləcək.

Corner.az xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcəklər.

İlk görüşdə paytaxt təmsilçisi, ikinci qarşılaşmada isə gəncəlilər qələbə qazanıb. Hazırda seriyada hesab bərabərdir - 1:1.

Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, 3 gün sonra beşinci oyun gerçəkləşəcək.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.






Offside