26 oktyabr 2024. Şənbə

İki avarçəkənimiz Avropa çempionatında iştirak edəcəklər


  • Offside
  • 14:14 24.05.2023
  • Oxunma sayı: 97
İki avarçəkənimiz Avropa çempionatında iştirak edəcəklər
Azərbaycan millisi Sloveniyanın Bled şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa çempionatında iki idmançı ilə təmsil olunacaq.

Corner.az xəbər verir ki, turnirdə Bəhmən Nəsiri və Ziya Məmmədzadə mübarizə aparacaq.

Məmmədzadə yüngül, Nəsiri isə ağır çəkili avarçəkənlər arasında çıxış edəcək. Hər iki idmançı 2000 metr məsafədə yarışacaq.

Qeyd edək ki, Avropa çempionatı 25 - 28 mayda baş tutacaq.






Offside