26 oktyabr 2024. Şənbə

Tennisçimiz növbəti beynəlxalq toplanışa qatılıb


  • Offside
  • 17:42 24.05.2023
  • Oxunma sayı: 85
Tennisçimiz növbəti beynəlxalq toplanışa qatılıb
İstedadlı stolüstü tennisçimiz Onur Quluzadə növbəti beynəlxalq toplanışa qatılıb.

Bu barədə Corner.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

O, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Çində start verilən hazırlıq prosesində iştirak edir. İyunun 11-dək keçiriləcək toplanışa qatılmağın əsas məqsədi iyunda Xorvatiyada təşkil olunacaq Avropa birinciliyinə hazırlıqdır.

Qeyd edək ki, qitənin ən istedadlı stolüstü tennisçilərindən sayılan O.Quluzadə bu ilin martında Antalyada keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirinin qarışıq-qoşa yarışında üçüncü, apreldə Xorvatiyada təşkil olunan “Europe Youth Series” turnirinin komanda yarışında ikinci, şəxsi və qoşa yarışında isə üçüncü yeri tutub.






Offside