- Offside
- 22:48 26.11.2024
Futzal üzrə Azərbaycan kubokunda “Neftçi” İK ilə “Baku Fire” arasında keçirilən final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
Corner.az xəbər verir ki, mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov, İcraiyyə Komitəsinin üzvü Mahmud Sadıqov, federasiyanın əməkdaşı Xosrov Məmmədov təqdim ediblər.
Əvvəlcə final matçını idarə etmiş hakimlərə və hakim-inspektora diplomlar verilib. Final görüşünün ən yaxşı oyunçusu “Baku Fire” klubun qapıçısı Elnur Zamanov seçilib. “Neftçi”yə finalın iştirakçısı olduğuna, “Baku Fire” komandasına isə qalib gəldiyinə görə medallar təqdim olunub. AFF-nin vitse-prezidenti Elşən Abasov Azərbaycan kubokunu “Baku Fire” komandasına təqdim edib.