4 dekabr 2023. Bazar ertəsi

Emin Mahmudov da Asiyaya gedir - Bu kluba


  • Offside
  • 20:09 24.05.2023
  • Oxunma sayı: 69
Emin Mahmudov da Asiyaya gedir - Bu kluba
Ramil Şeydayevin ardınca millimizin digər üzvü Emin Mahmudov da Asiyaya yollanacaq.

Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu “Neftçi”nin təklifindən imtina edərək, Cənubi Koreya klubu ilə razılığa gəlib. Yarımmüdafiəçi “Daejoon Sitizen” klubuna keçəcək.

Qeyd edək ki, bu klubda yığmamızın digər üzvü Anton Krivotsyuk çıxış edir.

Ağ-qaralar kapitana illik 350.000 dollarlıq müqavilə təklif etsələr də, Asiyada onun qazancı daha çox olacaq. “Daejoon Sitizen”da futbolçu ilinə 750.000 dollar qazanacaq. Müqavilə müddəti 2,5 il təşkil edəcək.(football.az)

Xatırladaq ki, bundan əvvəl Ramil Şeydayev “Buriram Yunayted” (Tayland) ilə anlaşıb.



Offside

Ramilin komandası xal itirdi
  • Offside
  • 22:30 03.12.2023
Ramilin komandası xal itirdi