"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq PSJ-nin hücumçusu Neymarı transfer edəcəkləri barədə yayılan məlumatlara münasibət bildirib.
Corner.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssis bunları deyib:
“Mançester Yunayted"in Neymara marağı ilə bağlı şayiələri necə şərh edə bilərəm? Həqiqətən nəsə olanda bunu bildirəcəyəm. Biz sizə məlumat verəcəyik".
Onu da qeyd edək ki, daha əvvəl Fransa mətbuatında “Mançester Yunayted”in Neymarın transferi ilə bağlı danışıqlara başladığı barədə məlumatlar yayılıb.
“Qırmızı şeytanlar” braziliyalı hücumçunu icarəyə götürmək niyyətindədir, lakin PSJ futbolçunun tam hüquqlu transferini istəyir. Neymar 2017-ci ildən PSJ-də oynayır.