Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib.
Corner.az xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər. Rəqibini 93:90 hesabı ilə üstələyən paytaxt təmsilçisi seriyada önə keçib - 2:1 İlk görüşdə "Sabah", ikinci qarşılaşmada isə "Gəncə" qələbə qazanıb.
Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, 3 gün sonra beşinci oyun gerçəkləşəcək.
Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.