27 noyabr 2024. Çərşənbə

Fransa Olimpiya Komitəsinin prezidenti istefa verdi


  • Offside
  • 14:46 25.05.2023
  • Oxunma sayı: 133
Fransa Olimpiya Komitəsinin prezidenti istefa verdi
Fransa Milli Olimpiya və İdman Komitəsinin prezidenti Bricit Henrikes istefa verib.

Corner.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bu vəzifəyə üç ay ərzində seçkinin olacağı bildirilib.

Təşkilatın keçmiş rəhbəri Denis Masselya onu korrupsiya və maliyyə fırıldaqlarında ittiham etmişdi.

Qeyd edək ki, 2024-cü ildə Yay Olimpiya Oyunları Fransanın paytaxtı Parisdə təşkil olunacaq. Yarış 26 iyul-11 avqustda gerçəkləşəcək.






Offside