25 avqust 2026. Çərşənbə axşamı

Azərbaycan birinciliyində ilk qaliblər bəlli oldu


  • Offside
  • 17:20 25.05.2023
  • Oxunma sayı: 184
Azərbaycan birinciliyində ilk qaliblər bəlli oldu
Mayın 25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib.
 
Corner.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda - 150-yə yaxın gənc atlet iştirak edəcək.
 
Körpücük üzərinə ilk olaraq qızlar çıxıblar. Onların yarışı maraqlı mübarizə şəraitində keçib. Öz çəki dərəcələrində Nuray Əbilova (40 kq), Malika Bikçuyeva (45 kq), Türkanə Qənbərzadə (49 kq), Nigar Əliyeva (55 kq), Ayişə Əliyeva (59 kq), Aytən Əliyeva (64 kq), Zəhra Niftəliyeva (71 kq), Arzu Qədimova (76 kq), Mələk Hüseynli (81 kq) və Zəhra Qənbərzadə (+81 kq) qalib adını qazanıblar.






Offside