6 fevral 2026. Cümə

Azərbaycanlı velosipedçilər “Tour of Albania” yarışında ən güclülər sırasına düşüblər


  • Offside
  • 17:25 25.05.2023
  • Oxunma sayı: 156
Azərbaycanlı velosipedçilər “Tour of Albania” yarışında ən güclülər sırasına düşüblər
Azərbaycanlı velosipedçilər Samir Cəbrayılov və Musa Mikayılzadə Albaniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışında ən güclülər sırasına düşüblər.

Corner.az xəbər verir ki, kişilərdən ibarət Elit/U23 millinin üzvləri üçüncü mərhələdə finiş xəttini liderlər qrupunda keçiblər.

Fotofinişə əsasən, S.Cəbrayılov (03:06:42) 5-ci, M.Mikayılzadə (03:06:42) 6-cı yeri tutub. Hər iki idmançı mərhələnin qalibi olan Serbiya təmsilçisi Luka Turkulovla eyni göstəriciyə imza atıb.

Azərbaycan yığmasının digər velosipedçilərindən Şahin Eyvazov (03:06:44) 13-cü, Kamran Mirzəxanov (03:07:48) 22-ci, Nəcəf Bağırov (03:16:29) 39-cu yerlə kifayətləniblər.

Şose velosipedinin qrup ötüşməsi növü üzrə təşkil edilən 5 mərhələli veloturun 3-cü yarış günündə 9 ölkədən (Azərbaycan, Türkiyə, Albaniya, Yunanıstan, Serbiya, Rumıniya, Belçika, Makedoniya, Böyük Britaniya) 11 komandanın tərkibində ümumilikdə 57 idmançı mübarizə aparıb. Velosipedçilər Elbasan-Vlore marşrutu üzrə 142 km məsafə qət ediblər.

Üç mərhələnin yekununa əsasən, ümumi təsnifatda M.Mikayılzadə (09:49:42) 5-ci, S.Cəbrayılov (09:51:00) 7-ci, Azərbaycan millisi (29:36:41) isə 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, ikinci mərhələdə Azərbaycan velosipedçilərindən ən yaxşı nəticələri Musa Mikayılzadə və Kamran Mirzəxanov göstəriblər. Mikayılzadə (03:21:45) 13-cü, Mirzəxanov (03:21:45) 14-cü yeri tutub.






Offside