26 oktyabr 2024. Şənbə

Avropa kubokunda Azərbaycan 7 cüdoçu ilə


  • Offside
  • 20:41 25.05.2023
  • Oxunma sayı: 68
Avropa kubokunda Azərbaycan 7 cüdoçu ilə
27-28 mayda Portuqaliyanın Koimbra şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa kuboku keçiriləcək.

Corner.az xəbər verir ki, turnirdə 27 ölkədən 492 idmançı iştirak edəcək. Azərbaycan yarışda 3 çəki dərəsində 7 cüdoçu ilə təmsil olunacaq. Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçisi Emin İskəndərov rəhbərlik edəcək.
 
-50 kq
Bahadır Feyzullayev
Nihad Məmişov
 
-55 kq
Həsən Həsənli
Murad Fətullayev
 
-60 kq
Fərid Qasımzadə
Nicat Süleymanov
Ayxan Mirzəzadə






Offside