26 oktyabr 2024. Şənbə

Futbolçunun evi soyuldu, ailəsinə hücum edildi


  • Offside
  • 23:12 25.05.2023
  • Oxunma sayı: 84
Futbolçunun evi soyuldu, ailəsinə hücum edildi
İspaniya 1-ci Futbol Liqasının (La Liqa) komandalarından biri olan “Valensiya”da çıxış edən hollandiyalı futbolçu Yustin Kluvertin evi qarət edilib.

Corner.az xəbər verir ki, İspaniya mətbuatında yer alan xəbərlərdə La Liqanın 36-cı həftəsində səfərdə "Malyorka" ilə qarşılaşacaq "Valensiya"nın dünən axşam “Palma de Malyorka”da düşərgəsində olarkən Kluvertin evinin qarət edildiyi bildirilib.

Yerli vaxtla saat 23 radələrində hollandiyalı futbolçunun evinə daxil olan 3 maskalı şəxsin evdə olan Kluvertin həyat yoldaşı və anasına da hücum etdiyi bildirilib.






Offside