İspaniya millisinin baş məşqçisi Luis de la Fuente postunu tərk edə bilər.
Corner.az xarici mediaya istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssisin taleyi yığmanın iyunun ortalarında UEFA Millətlər Liqasındakı çıxışından asılıdır. Baş məşqçinin İspaniya Kral Futbol Federasiyasından və futbolçulardan son dərəcə narazı olduğu bildirilir.
Xatırladaq ki, Luis de la Fuente yanvarda yığmanın sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində iki qələbə qazanıb, bir oyunda heç-heçə edib, digərində isə məğlub olub.
Onu da vurğulayaq ki, Millətlər Liqasının final mərhələsi 14 - 18 iyunda Niderlandda təşkil olunacaq.