Azərbaycanın FIFA referisi Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən Avropa çempionatının əsas mərhələsində daha bir oyuna təyinat alıb.
Corner.az xəbər verir ki, o, 1/4 final mərhələsinin Polşa - Serbiya matçını idarə edəcək.
Məsiyevə Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar köməklik göstərəcək. Görüş mayın 27-də baş tutacaq.
Qeyd edək ki, U-17 Avropa çempionatı Macarıstanda təşkil olunur. Elçin Məsiyev daha əvvəl Şotlandiya - Fransa qarşılaşmasını da idarə edib.