27 noyabr 2024. Çərşənbə

CAS-dan Rusiya açıqlaması


  • Offside
  • 15:15 26.05.2023
  • Oxunma sayı: 110
CAS-dan Rusiya açıqlaması
İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya klublarının UEFA turnirlərində iştirakdan kənarlaşdırılmasını diskriminasiya hesab etmir.

Corner.az xəbər verir ki, bu haqda CAS-dan bildirilib.

“Komissiya hesab edir ki, UEFA-nın üzləşdiyi fövqəladə və görünməmiş şəraitdə və nizamnamə məqsədlərinə nail olmaq üçün apellyasiya şikayəti əsasında verilən qərar məntiqli olub və qəbul edilməli idi. Beynəlxalq futbol yarışlarının təhlükəsiz, dinc və nizamlı keçirilməsini təmin etmək lazım idi.

Qərar nə siyasi neytrallıq prinsipini, nə də İsveçrə qanunvericiliyinin məcburi müddəalarını pozub. Bu, qeyri-mütənasib və ya ayrı-seçkilik xarakteri daşımayıb və UEFA-nın ixtiyarındadır”, - deyə qərarın əsaslandırma hissəsində bildirilib.

Xatırladaq ki, 2022-ci ilin fevralından Rusiya klubları və milli komandası FİFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakdan məhrum edilib.







Offside